Oğurluq etmiş Qazaxıstan vətəndaşı Nurgül Basinova tutulmuşdur
29.10.2013Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Sevinc İbrahimovaya məxsus 250 manat və 2 ədəd mobil telefonu oğurlamış Qazaxıstan vətəndaşı Nurgül Basinova tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Quliyeva Yekaterinanın 121 manat, Günel Yetimovanın isə 55 manat pulunu və şəxsi sənədlərini oğurlaması da müəyyən edilmişdir.