Bərdə rayonu Vəliuşaqlı kənd sakini Elman Qurbanovu qətlə yetirmiş Seymur Cəmilov təslim olmuşdur
08.09.2013Sentyabrın 9-da Bərdə rayonu Vəliuşaqlı kəndinin ərazisində kənd sakini Seymur Cəmilov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Elman Qurbanovu qətlə yetirmişdir.
S.Cəmilov könüllü olaraq Bərdə RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan tüfəngi və 2 ədəd patronu təhvil vermişdir.