İmişli rayonu Bəcirəvan kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
08.09.2013Sentyabrın 9-da saat 12.30 radələrində İmişli rayonu Bəcirəvan kəndinin ərazisində Füzuli rayon sakini Sadıq Sadıqovun idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini Hüseyn Əyyubovun idarə etdiyi “Mazda” markalı avtomaşınlar toqquşmuş, sonradan H.Əyyubov idarəetməni itirdiyindən avtomaşını su arxına aşmışdır. Nəticədə H.Əyyubovun sərnişini, Bakı şəhər sakini Səbuhi Hacıyev hadisə yerində ölmüş, xəsarət almış özü, habelə S.Sadıqovun sərnişini, Bakı şəhər sakini Fəxrəddin Bədirov isə xəstəxanaya yerləşdirilmişlər.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.