Bakı şəhər sakinləri Novruz İsmayılov və Məhəmməd Məmmədov tutulmuşlar
08.09.2013Sentyabrın 9-da Nərimanov rayonu F.X.Xoyski küçəsində 2 naməlum şəxs Bakı şəhər sakini Xəqan Musazadənin idarə etdiyi “Seat Leon” markalı avtomaşının qarşısını kəsib onu avtomaşından düşürərək zorla ondan 200 manat pul və mobil telefonunu alıb avtomaşınında getmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomaşın F.X.Xoyski küçəsində xidmət aparan Nərimanov RPİ PPXT-nin əməkdaşları tərəfindən saxlanılmış, hadisəni törətmiş Bakı şəhər sakinləri Novruz İsmayılov və Məhəmməd Məmmədov tutulmuşlar.