Oğurluq etmiş Mehdiabad qəsəbə sakini olunmuş Məhbub Əliyev tutulmuşdur
08.09.2013Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlhamə Bayramovaya məxsus aptekdən 1560 manat pul, 5 saylı Qaz İstismar Sahəsinin inzibati binasından 3234 manat pul, 1 ədəd noutbuk və digər əşyalar, Mehdiabad Poçt Şöbəsindən 1 ədəd seyf, Mehdiabad qəsəbə bələdiyyəsinin inzibati binasından 1 ədəd fotoaparatı oğurlamış Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhbub Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, cari ilin may ayının 25-də qəsəbə sakini Məhərrəm Pirniyənin evindən 1 ədəd noutbuku da oğurlaması müəyyən edilmişdir.