Qəsdən adam öldürdüyünə görə tutulmuş Əlaqif Abbasovun bir neçə evdən oğurluqlar törətməsi müəyyən edilmişdir
21.08.2013DİN BCAİ və Abşeron RPŞ əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulmuş Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilmişdir.