Avqustun 8-də Ş.Hüseynova məxsus mağazadan oğurluq etmiş Qobustan qəsəbə sakini N.Süleymanov tutulmuşdur
21.08.2013Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Şiraslan Hüseynova məxsus mağazadan 5000 manat dəyərində danışıq kartı və tütün məmulatını oğurlamış Qobustan qəsəbə sakini Nahid Süleymanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, İsmayıllı rayon sakini Şahin Ağamalıyevə və Tərtər rayon sakini Ceyhun Fərzəliyevə məxsus mağazalardan da pul, tütün məmulatı və danışıq kartlarını oğurlaması müəyyən edilmişdir.