Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində M.Əsədullayevə məxsus mağazaya gəlib ondan pul almış İran İslam Respublikasının üç vətəndaşı saxlanılmışlar
21.08.2013Avqustun 21-də Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində 3 naməlum şəxs əvvəlcə Mirsəid Əsədullayevə məxsus mağazaya gəlib ondan 710 dollar pul almış, sonra isə Abasəli Əliyevə məxsus mağazaya gedib ondan da pul almağa cəhd göstərmiş və “Nissan-Sentra” markalı avtomaşında getmişlər.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İran İslam Respublikası vətəndaşları Khazaei Fereydoun Mohammad Ebrahim oğlu, Farokhi Ali Mohammadghorban oğlu və Malayeri Mohammadhossein Mohammadali oğlu icarəyə götürərək idarə etdikləri “Nissan-Sentra” markalı avtomaşınla saxlanılmışlar.