Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayon sakini İ.Məmmədovun qızını oğurlamış şəxslərdən biri tutulmuş, digərlərinin saxlanılması üçün tədbirlər görülür

21.08.2013

Avqustun 19-da Zaqatala rayonunun Muxax kənd sakini İslam Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün qızı Qəndabın Filqət adlı şəxs tərəfindən evlənmək məqsədi ilə oğurlanmasını bildirmişdir. 

Faktla əlaqədar cinayət işi başlanmışdır.  

Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədovanın Faldarlı kənd sakinləri Rövlan Əliyev, Filqət Mustafayev, Vüsal və Nail adlı şəxslər tərəfindən oğurlanıb həmin kənd sakini Şahin Abdullayevin evində saxlanılması müəyyən edilmişdir. 

R.Əliyev  tutulmuş, digərlərinin də saxlanılması üçün tədbirlər görülür.

21.08.2013 tarixinə olan kriminal məlumatlar