Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
21.08.2013Avqustun 22-də saat 23.25 radələrində Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsinin ərazisində qəsəbə sakini Elçin Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomaşını yolun kənarında saxlanılmış həmyerlisi Təbriz Tapdıqova məxsus “Mercedes” markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakinləri Həzi Quliyev, Elyaz Quliyev və Nail Qaralov xəstəxanaya yerləşdirilmişlər.
T.Tapdıqov orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.