Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisində fəaliyyət göstərən “İMEDİS” klinikasında dələduzluq faktı aşkar edilmişdir

05.08.2013

Daxil olmuş vətəndaş şikayətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində fəaliyyət göstərən “İMEDİS” klinikasında dələduzluq faktı aşkar edilmişdir. Belə ki, orada həkim işləyən Şəlalə Əzimovanın “İMEDİS EXPERT” aparatlarından istifadə edərək müayinə və müalicə etmək adı ilə Bakı şəhər sakinləri Faiq Baxışovu, Seyrulla Abdullayevi və Abşeron rayon sakini Cəsarət Baxşəliyevi aldadaraq onlardan müvafiq olaraq 615, 300 və 160 manat pul alması müəyyən edilmişdir.

Klinikaya baxış zamanı 5 ədəd “İMEDİS EXPERT” proqramının yazıldığı yaddaş kartı, 8 ədəd “İMEDİS EXPERT” aparatı, 5 ədəd kompyuter, 1 ədəd processor aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

05.08.2013 tarixinə olan kriminal məlumatlar