Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
05.08.2013Avqustun 6-da saat 23.00 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Rasim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomaşını maneəyə vurmuş və sonradan avtomaşında yanğın baş vermişdir. Nəticədə xəsarət almış sərnişini, Bakı şəhər sakini Müşfiq Məmmədov hadisə yerində ölmüş, özü və digər sərnişini, Neftçala rayon sakini Mais Təhməzov isə xəstəxanaya yerləşdirilmişlər. M.Təhməzov orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.