Lənkəran rayonu Osaküçə kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
05.08.2013Avqustun 6-da saat 22.00 radələrində Lənkəran rayonu Osaküçə kəndinin ərazisində Masallı rayon sakini Elxan Babayev idarə etdiyi “Mercedes” markalı avtomaşını ağaca vurmuşdur. Nəticədə E.Babayevin xəsarət almış sərnişini, Masallı rayon sakini Seymur Nurəliyev hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.