2012-ci ilin dekabr ayından itkin düşən Lənkəran rayon sakini Ə.Cavadova Bakı şəhərində tapılmış və onun izahatı nəticəsində atası İ.Cavadov tutulmuşdur
05.08.20132012-ci ilin dekabr ayının 26-dan itkin düşən Lənkəran rayonunun Sərinbulaq kənd sakini 18 yaşlı Əfsanə Cavadova cari il avqust ayının 5-də Səbail RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhərində tapılmışdır.
Ə.Cavadova izahatında atası İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin ərazisindəki pay torpaq sahəsində qızı Rəqsanəni qətlə yetirməsini, onu da öldürəcəyindən qorxduğundan evdən qaçmasını bildirmişdir.
Baş Cinayət-Axtarış İdarəsi, Səbail RPİ və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Cavadov tutulmuş, Rəqsanənin meyiti qeyd edilən ərazidən eksqumasiya edilmişdir.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.