Bakı şəhər sakinləri Adil Abbasov və Taleh Nağıyev tutulmuşlar
23.07.2013İyulun 24-də Nəsimi rayonu ərazisindəki "Moskva” univermağının həyətində, oranın təsərrüfat şöbəsinin müdiri Yavər Ələkbərovun xidməti otağına gəlmiş Bakı şəhər sakinləri Adil Abbasov və əvvəllər məhkum olunmuş Taleh Nağıyev onu döyərək, özləri ilə gətirdikləri elektroşokla işgəncə verib pul verməsini tələb etmiş, ağzını dəsmal və yapışqanlı lentlə bağlamağa cəhd göstərərkən Y.Ələkbərov qışqıraraq kömək istəmişdir. Səsə-küyə gəlmiş həmin ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən A.Abbasov və T.Nağıyev tutulmuşlar. Onlardan içərisində elektroşok, ling, cib bıçağı, yapışqanlı lent, cib dəsmalı, 2 ədəd qara eynək və ayaqqabı qutusu olan idman çantası ğötürülmüş və sonrakı araşdırmalar aparılması üçün Nəsimi RPİ 19-cu PB-yə təhvil verilmişlər.
T.Nağıyevin və A.Abbasovun üzərinə baxış zamanı müvafiq olaraq 19,008 qram və 14,003 qram həşiş də aşkar edilərək götürülmüşdür.