Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2013İyulun 24-də saat 02.30 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Cəlilabad rayon sakini Zaur Bahəddinov idarə etdiyi “VAZ-21074” markalı avtomaşını yolayrıçısına vurmuşdur. Nəticədə xəsarət almış Z.Bahəddinov və sərnişini, Abşeron rayon sakini Oktay Əsgərov xəstəxanaya yerləşdirilmişlər. O.Əsgərov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.