Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2013İyulun 24-də saat 21.30 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində İmişli rayon sakini Qismət Salahov idarə etdiyi "VAZ-2107” markalı avtomaşınla yolu keçən qəsəbə sakini Zuleyxa Hüseynovanı vurmuşdur. Nəticədə Z.Hüseynova aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.