Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gülxar Rəhimova ölmüşdür
23.07.2013İyulun 22-də Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Dəyanət Eyvazovun idarə etdiyi “Daevoo” markalı və Elçin Məlikovun idarə etdiyi “Hyundai” markalı avtomaşınlar toqquşmuş, sonradan D.Eyvazov idarəetməni itirərək yolun kənarında dayanmış Gülxar Rəhimovanı vurmuşdur. Nətiçədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş G.Rəhimova iyulun 24-də orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.