Bakı şəhər sakini Ceyhun Məmmədbəyliyə məxsus avtomaşını qaçırmış şəxslər saxlanılmışlar
06.07.2013İyulun 7-də Bakı şəhər sakini Ceyhun Məmmədbəyli Nəsimi RPİ 21-ci PB-yə ərizə ilə müraciət edərək iyulun 5-də Bülbül prospektindəki avtoyuma məntəqəsindən "Lexus RX-350” markalı avtomaşının orada işləyən Anar adlı şəxs tərəfindən qaçırılmasını bildirmişdir.
DİN-in Təhlükəsiz Şəhər, Bakı BPİ DYPİ və Səbail RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də saat 00.30 radələrində Neftçilər prospekti ev 129-un qarşısında qeyd edilən avtomaşın idarə edilərkən saxlanılmış və onu idarə edən Ucar rayon sakini Araz Umarov tutulmuşdur.