Gədəbəy rayonunun Qalakənd kəndi ərazisindəki meşə zolağında qəza hadisəsi
06.07.2013İyulun 7-də saat 18.30 radələrində Gədəbəy rayonunun Qalakənd kəndi ərazisindəki meşə zolağında Qarıkənd kənd sakini Zaur Abdullayev idarə etdiyi “UAZ-469” markalı dövlət qeydiyyat nişanları olmayan avtomaşını körpüdən çaya aşırmışdır. Nəticədə Z.Abdullayevin sərnişini, Maarif kənd sakini Duman Orucov hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmişdir.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.