Avtomaşın qaçırmış Saatlı rayon Soltanabad kənd sakini Anar Əliyev saxlanılmışdır
06.07.2013İyulun 7-də Bakı şəhər sakini Bahadur Həşimov Saatlı RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün Soltanabad kəndi ərazisindən ona məxsus “Mercedes” markalı avtomaşının kənd sakini Anar Əliyev tərəfindən qaçırılmasını bildirmişdir.
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev avtomaşını Soltanabad kəndinin ərazisində idarə edərkən saxlanılmışdır.