Sabunçu rayonu Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi
06.07.2013İyulun 7-də saat 23.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Elnur Həsənov “Hyundai Santa Fe” markalı avtomaşını arxaya verərkən oğlu, azyaşlı Mübarizi vurmuş və onu xəstəxanaya apararkən Maştağa-Zabrat şosesində avtomaşınını qarşıda gedən Bakı şəhər sakini Vidadi Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşına çırpmışdır. Nəticədə V.Qasımovun xəsarət almış sərnişinləri, anası Xədicəyə, arvadı Səadətə və Sevda Bayramovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, Mübariz isə ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.