Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.07.2013İyulun 7-də saat 16.00 radələrində Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində Qarabulaq kənd sakini Zaur Fərzəliyevin idarə etdiyi “VAZ-21213” markalı və Yalqışlaq kənd sakini Yusif Ələkbərovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış Y.Ələkbərov və sərnişinləri, oğlanları Arzuman və Polad xəstəxanaya yerləşdirilmişlər.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.