Sumqayıt şəhər sakini Nicat Quliyev və Mingəçevir şəhər sakini Akşin Əsədovun 20000 dollar pul oğurlanmaları müəyyən edilmişdir
03.07.2013DİN-in Təhlükəsiz Şəhər, Nəsimi RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 3-də Natiq Qarayevə məxsus “Ford” markalı avtomaşından 20000 dollar pulun Sumqayıt şəhər sakini Nicat Quliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Akşin Əsədov tərəfindən oğurlanması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyev Sumqayıt şəhərinin ərazisində idarə etdiyi “Mercedes” markalı avtomaşında tutulmuş, A.Əsədovun tutulması istiqamətində isə tədbirlər davam etdirilir.
N.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşına baxış zamanı başqa avtomobilə məxsus olan Az 90 MV 775 dövlət qeydiyyat nişanları aşkar edilərək götürülmüşdür.