Sabunçu rayonu Zabrat-Kürdəxanı şosesində yol-nəqliyyat hadisəsi
03.07.2013İyulun 4-də saat 00.15 radələrində Sabunçu rayonu Zabrat-Kürdəxanı şosesində Bakı şəhər sakini Tərlan Yaqubov idarə etdiyi “VAZ-2105” markalı avtomaşınla yolu keçən Gürcüstan vətəndaşı Afis İsmayılovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.İsmayılov həmin gün orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.