Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşın qaçırmış Bakı şəhər sakini Sübhan Ələkbərov və İsmayıllı rayon sakini İsmayıl Şıxməmmədov tutulmuşlar

03.07.2013

Yasamal RPİ 28-ci PB və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da Rövşən Quliyevə məxsus “VAZ-21015” markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Sübhan Ələkbərov və İsmayıllı rayon sakini İsmayıl Şıxməmmədov tutulmuşlar. İ.Şıxməmmədovdan 7,18 qram marixuana götürülmüşdür.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Bakı şəhər sakini Məhəmməd Babayev ilə birgə Pərviz Səlimova məxsus “VAZ-21140” markalı avtomaşından 9 ədəd səsgücləndirici, ehtiyat hissəsi və təkər oğurlamaları da müəyyən edilmişdir.  Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev də tutulmuşdur.

S.Ələkbərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun  cari ilin may ayının 25-də Cavid Qəriblinin mənzilindən pəncərədən girmək yolu ilə görüntü kamerası, qızıl əşyaları və spirtli içkiləri oğurlaması müəyyən edilmişdir.

03.07.2013 tarixinə olan kriminal məlumatlar