Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
03.07.2013İyulun 4-də saat 02.45 radələrində Qaradağ rayonu ərazisində Gəncə şəhər sakini Kamran Quliyevin idarə etdiyi “Mercedes” markalı və Beyləqan rayon sakini Tələt Quliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə K.Quliyevin sərnişini, Bakı şəhər sakini Ruslan Quliyev hadisə yerində ölmüş, xəsarət almış özu isə xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.