Çəkisi 31 kiloqram 500 qram olan 167 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
28.05.2013Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Söyüdlər kənd sakini Füzuli Əsgərova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 31 kiloqram 500 qram olan 167 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
F.Əsgərovun evinə baxış zamanı əlavə 1 kiloqram 25 qram marixuana aşkar edilərək götürülmüşdür.