Avtomaşın qaçırmış Bakı şəhər sakini Pünhan Umudov qəza törətmişdir
28.05.2013Mayın 29-da Xətai rayonu Babək prospektindən Bakı şəhər sakini Pünhan Umudov dayısı Vasif Səlimova məxsus “VAZ-2107” markalı avtomaşını qaçırmış, idarə edərkən M.Hadi küçəsində Bakı şəhər sakini Alim Vəliyevin idarə etdiyi “Hyundai” markalı avtobusa vurub avtomaşını hadisə yerində ataraq qaçmışdır. Xəsarət alan olmamışdır. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.