Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi
28.05.2013Mayın 29-da saat 07.50 radələrində Xətai rayonu Nobel prospektində Cəlilabad rayon sakini Arzuman Usubov idarə etdiyi “Opel” markalı avtomaşını yolun kənarındakı divara vurmuşdur. Nəticədə A.Usubovun sərnişini, Cəlilabad rayon sakini Vasif Ağayev xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış özü və digər sərnişini Fəxri Mirzəxanov isə xəstəxanaya yerləşdirilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.