Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.05.2013Mayın 29-da saat 16.00 radələrində Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində Bərdə rayon sakini Avtandil Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı və Qalakənd kənd sakini Rizvan Rzayevin idarə etdiyi “VAZ-2121” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış A.Məmmədov, sərnişini, Bərdə rayon sakini Elxan Abbasov, R.Rzayevin sərnişinləri, Miskinli kənd sakinləri Maya Rzayeva, Sevinc Əliyeva və Çalburun kənd sakini Rahilə Ələkbərova xəstəxanaya yerləşdirilmişlər. M.Rzayevanın vəziyyəti orta-ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.