Bakı şəhər sakini V.Əsədova məxsus mağazadan oğurluq etmiş bir qrup şəxs tutulmuşdur
16.05.2013Mayın 17-nə keçən gecə Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Vəfadar Əsədova məxsus mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə geyim əşyaları oğurlanmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Əsədov, Rafiq Məmmədov və Cəlilabad rayon sakini Vüqar Əhmədov tutulmuşlar.