Sabunçu rayonu Şəhər şosesində "Volkswaqen Passat" markalı avtomaşınla piyada vurulmuşdur
16.05.2013Mayın 18-də saat 00.15 radələrində Sabunçu rayonu Şəhər şosesində Bakı şəhər sakini Babək Abdullayev idarə etdiyi "Volkswaqen Passat" markalı avtomaşınla yolu keçən həmyerlisi Solmaz Abdullayevanı vurmuşdur. Nəticədə S.Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.