Abşeron rayonu Mehdiabad qəsəbəsində idarə etdiyi avtomaşınla piyadanı vurub hadisə yerindən qaçmış sürücü tutulmuşdur
16.05.2013Mayın 17-də saat 19.00 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində Dügah kənd sakini Zakir Əlicanov idarə etdiyi "Renault" markalı avtomaşınla Xırdalan şəhər sakini Gülnisə Orucovanı vurub hadisə yerindən qaçmışdır. Xəsarət almış G.Orucova xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əlicanov tutulmuşdur.
RPŞ tərəfindən araşdırma aparılır.