Sabunçu rayonu Böyükşor şosesində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur
16.05.2013Mayın 17-də saat 23.10 radələrində Sabunçu rayonu Böyükşor şosesində Bakı şəhər sakinləri Nəsrəddin İbadovun idarə etdiyi "VAZ-2107" markalı və Rəşad Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və N.İbadovun sərnişini Mehriban Quliyeva xətəxanaya yerləşdirilmişlər.
Sabunçu RPŞ tərəfindən araşdırma aparılır.