Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır
08.05.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər yaralanmışdır.
- 2 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 3 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.