Yasamal rayon sakini Sahib Rzayevə məxsus evdə elektrik naqilinin qısa qapanmasından yanğın baş vermişdir
08.05.2013Mayın 9-da saat 16.20 radələrində Yasamal rayon sakini Sahib Rzayevə məxsus evdə elektrik naqilinin qısa qapanmasından yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanmış, orada yaşayanlar Valentina Koralyova, nəvəsi Rauf Əhmədov ölmüş, qızı Tatyana və Səbinə Baladadaşova isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.