DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilmişdir
08.05.2013İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayonunun Hüseynbəyli kəndindəki "Aran" kafesində oranın işçisi Şəhriyar Əliyevin, Göranboy rayonunun Qızılhacılı kəndindəki "Çənlibel" kafesində isə oranın işçisi Xumar İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilmişdir.