Oğurluğa görə tutulmuş Rüstəm Quliyevin digər cinayət əməli də müəyyən edilmişdir
08.05.2013Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən mayın 8-də Məşğulluq Mərkəzinin İnzibati Binasından 1 dəst kompyüteri oğurladığına görə tutulmuş Rüstəm Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Maşallah Mehdiyevlə birgə Gülmira Bayramovanın çantasından 200 manatını, 2 ədəd bankomat kartını və 1 ədəd mobil telefonunu oğurlamaları da müəyyən edilmiş və M.Mehdiyev tutulmuşdur.