Qaz boruları oğurlamış Salyan rayon Qarabağlı kənd sakini Kamil Məmmədov saxlanılmışdır
30.04.2013Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Qarabağlı, Kərimbəyli və Qaraçala kəndlərinin ərazisindən rayon Qaz İstismarı İdarəsi tərəfindən kəsilərək kənara qoyulmuş diametri 530 mm olan qaz borularının 617 metr uzunluğunda hissəsini oğurlamış Qarabağlı kənd sakini Kamil Məmmədov saxlanılmışdır.