Avtomaşın qaçırmış Şirvan şəhər sakini Namid Baxşıyev qəza törətmişdir
30.04.2013Mayın 1-də Şirvan şəhəri ərazisindəki avtomaşınları yuma sexindən orada işləyən şəhər sakini Namid Baxşıyev Hacıqabul rayon sakini İxtiyar Qədirova məxsus "Mercedes" markalı avtomaşını qaçırmış və idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə xəsarət almış N.Baxşıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, avtomaşına isə ziyan dəymişdir.
Şirvan ŞPŞ tərəfindən ilkin yoxlama aparılır.