Gəncə şəhər sakini Kamran Məmmədov yaşadığı evin qarşısındakı yardımçı tikilidə qumbara partlatmaqla intihar etmişdir
30.04.2013Mayın 1-də saat 14.00 radələrində Gəncə şəhər sakini Kamran Məmmədovun yaşadığı evin qarşısındakı yardımçı tikilidə qumbara partlatmaqla intihar etməsi barədə məlumat daxil olmuşdur.
Bununla əlaqədar Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət hadisə yerinə çıxmış istintaq-əməliyyat qrupu oradan partlamış qumbaranın müxtəlif hissələrini və 22 ədəd avtomat patronu aşkar edərək götürmüşdür. Zərərçəkənin meyiti daxili müayinə üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilmişdir.
Fakt üzrə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.