Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.04.2013Mayın 1-də saat 15.00 radələrində Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində Hacıqabul rayon sakini Nadir Hüseynovun idarə etdiyi "Shacman" markalı və Laçın rayon sakini Taciəddin Məmiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə T.Məmiyev və sərnişinlərindən atası Müslüm, bacısının oğlu Ramazan Həsənov hadisə yerində ölmüş, xəsarət almış bacısı Sehrayə Məmiyeva isə xəstəxanaya yerləşdirilmişdir.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.