Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.03.2013Martın 24-də saat 06.20 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində rayon sakini Şamil Mürşüdovun idarə etdiyi "VAZ-21033" markalı və Bakı şəhər sakini Vasif Burcalıyevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Mürşüdov və sərnişinlərindən - Cəyli kənd sakini Elvin Rəhimov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Dilarə Rəhimova xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.