Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.03.2013Martın 24-də saat 11.30 radələrində Göygöl rayonu ərazisində rayon sakini Səxavət Kakayevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini Vyaçeslav İorinin idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Kakayevin sərnişini Sərxan Əmiraslanov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri Emilya Əmiraslanova, Lamiyə Rəhimova, Yusif Əmiraslanov, habelə V.İorinin sərnişini Orxan Hacıyev xəstəxanaya yerləşdirilmişlər.
Göygöl RPŞ tərəfindən araşdırmalar aparılır.
Göygöl RPŞ tərəfindən araşdırmalar aparılır.