Yanıq xəsarəti almış Yusif Yarıyev ölmüşdür
24.03.2013Martın 19-da saat 20.00 radələrində Cəlilabad şəhərində 8 yaşlı Yusif Yarıyev həyətində tonqalın üstündən tullanan zaman digər uşaqla toqquşması nəticəsində baş nahiyəsindən xəsarət almışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq martın 24-də orada ölmüşdür.