Oğurluq etdiyinə görə tutulmuş Binə qəsəbə sakinləri Rəşad Əliyev, Fərəməz Nağıyev və Füzuli rayon sakini Yusif Nuriyevin digər cinayət əməli də müəyyən edilmişdir
24.03.2013Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Cənnət Məmmədova məxsus mağazadan ərzaq məhsulları və tütün məmulatını oğurlamış Binə qəsəbə sakinləri Rəşad Əliyev, Fərəməz Nağıyev və Füzuli rayon sakini Yusif Nuriyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 17-də Cəmil Əbilovun və martın 23-də Rafiq Həsənovun evlərindən oğurluq etmələri müəyyən edilmişdir.