Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonu Musaküçə kənd sakini E.Səfərovu tapança ilə hədələdiyinə görə saxlanılmış K.Cəbiyevin avtomaşınından qaz tapançası və patron götürülmüşdür

22.03.2013

Martın 21-də Masallı rayonunun Musaküçə kənd sakini Elşən Səfərov RPŞ-yə müraciət edərək həmin gün həmkəndlisi Çingiz Qədirovun idarə etdiyi avtomaşında sərnişin qismində gedərkən arxadan gələn "BMW" markalı avtomaşının qəza şəraiti yaratmasını və həmin avtomaşının sürücüsünün tapança ilə onu hədələməsini bildirmişdir.
DİN BDYPİ, Lənkəran və Masallı RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "BMW" markalı avtomaşının sürücüsü - Liman şəhər sakini Kamran Cəbiyev saxlanılmışdır.
Avtomaşına baxış zamanı 1 ədəd qaz tapançası və 4 ədəd patron götürülmüşdür.

22.03.2013 tarixinə olan kriminal məlumatlar