Sabirabad rayonu Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.03.2013Martın 22-də saat 09.30 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində Yastıqoba kənd sakini Ağahüseyn Kazımovun idarə etdiyi "VAZ-21013" markalı, Sumqayıt şəhər sakini Rafiq Əliyevin idarə etdiyi "VAZ-21150" markalı və İmişli rayon sakini Mürşüd İsayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Kazımov və R.Əliyevin sərnişini, əmisi Mədət Əliyev hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri - atası Rövşən Əliyev, digər əmisi Afiq Əliyev və Şirvan şəhər sakini Fərhad Qurbanov isə xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.