Qobustan rayonu Yekəxana kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.03.2013Martın 22-də saat 18.30 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində Təsi kənd sakini Cahangir Yusifov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını qarşıda gedən Bakı şəhər sakini Elşad Aslanovun idarə etdyiyi "Mercedes" markalı avtoevakuatora vurmuşdur. Nəticədə C.Yusifovun sərnişinlərindən Təsi kənd sakinləri Ağaheybət Baxşiyev və Haqverdi Qayıbov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Mustafa Mustafayev isə xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.